“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola rəhbərliyi altında “şəhərlilər”in əldə etidyi uğurların əhəmiyəytini vurğulayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Bir kimsə İngiltərə Premyer Liqasında 100 xal toplaya və liqanı ardıcıl dörd dəfə qazana bilməyəcək. Bu, mən sağ ikən baş verməyəcək, təəssüf edirəm”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, Qvardiolanın rəhbərliyi latında “Mançester Siti” ardıcıl olaraq dörd mövsümdə – 2020/2021-ci, 2021/2022-ci, 2022/2023-cü və 2023/2024-cü illər mövsümlərində İngiltərə Premyer Liqasının qalibi olub. “Şəhərlilər” 2017/2018-ci illər mövsümündə qazandıqları çempionluğu isə 100 xal müqabilində rəsmiləşdiriblər. Bu, İngiltərə Premyer Liqasının mütləq rekokdudur.
Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 496 oyun keçiriblər, 361 qələbə qazanıblar, 62 heç-heçə ediblər, 73 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1247:459 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.
25 oyundan 44 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlində 4-cü pillədə qərarlaşıb.


