Yunanıstan millisinin və Belçikanın “Brügge” klubunun cinah hücumçusu Xristos Tzolis bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə çempionunun rəsmi saytına istinadən xəbər verir.
London klubu bu transfer üçün “Brügge”yə 40 milyon avro ödəyib. 24 yaşlı futbolçu Premyer Liqa nəhəngi ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Xristos Tzolis peşəkar karyerasına PAOK-da başlayıb. O, “Norviç Siti”, “Tvente”, “Fortuna” (Düsseldord) kimi klubların da formasını geyinib. 2024-cü ildən “Brügge”nin sıralarında olan futbolçu bu komandanın heyətində keçirdiyi 108 oyunda 43 qola imza atıb, həmçinin komanda yoldaşlarına 45 məhsuldar ötürmə verib.
2020-ci ildən Yunanıstan yığmasının formasını geyinən Tzolis millinin heyətində 34 oyuna 9 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı vingerin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.



