“Napoli”nin danimarkalı hücumameyilli yarımmüdafiəçisi Yesper Lindström maraqlı açıqlaması ilə diqqət çəkib.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, Lindström artıq geridə qalmış yay transfer pəncərəsində “Naploli”nin düşərgəsinə keçmək üçün “Liverpul”dan imtina etdiyini bildirib:
“Napoli”dən başqa, mənə “Liverpul”dan da təklif gəlmişdi. Mən mersisaydlıların azarkeşiyəm, ona görə də bu, çox maraqlı bir təcrübə olardı. Amma ora yollanmaq ağıllı olardımı? Orada oynamasam, onda televizorun qarşısında oturub eyni vaxtda başqa klubu təsəvvür edərək onların oyunlarına baxa bilərəm. İndi futbol oynamağa ehtiyac duyduğum yaşdayam.
Ona görə də hesab edirəm ki, “Napoli”yə keçidim düzgün addımdır. Bu, dünyanın ən yaxşı klublarından biridir. Onlar dedilər ki, mənim oynamaq üçün çoxlu imkanım olacaq”, – deyə Lindström bildirib.
Xatırladaq ki, “Napoli” yay transfer pəncərəsi zamanı Lindströmü Frankfurt “Ayntraxt”ından transfer edib. Lindströmün “Napoli” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Lindström geridə qalmış 2022/2023 mövsümündə “Ayntraxt”ın heyətində 38 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Danimarkalı yarımmüdafiəçi Frankfurt təmsilçisi ilə 2021/2022 Avropa Liqasının qalibi olub. Cari mövsümdə isə Lindström “Napoli”nin heyətində debüt edib və keçirdiyi oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Yesper Lindström 2021-ci ilin noyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 10 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Yesper Lindströmü 28 milyon avro məbləğində qiymətləndirir.


