Almaniyanın “Köln” klubunun qapıçısı Yonas Urbiq Bundesliqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, elita təmsilçisi 19 yaşlı qolkiperi “Yan Regensburq”a icarəyə göndərib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçunun 2024-cü ilin 30 iyununa kimi icarədə oynayacağı diqqətə çatdırılıb.
Yonas Urbiq “Köln”ün öz yetirməsidir. O, aşağı yaş qrupları üzrə komandalarda forma geyinsə də, əsas komandada debüt şansı qazanmayıb. Almaniyalı qolkiperin Bundesliqa təmsilçisi ilə müqaviləsi də 2024-cü ilin yayına qədərdir.


