Almaniyanın “Bayern” klubu müdafiəçisi Yosip Stanişiç ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Stanişiçin Münhen təmsilçisi ilə əvvəlki müqaviləsi 2023-cü ilədək idi.
Yosip Stanişiç “Bayern”in öz yetirməsidir. Xorvatiyadan olan futbolçu bu ildən Münhen klubunun əsas komandasında forma geyinməyə başlayıb. O, həm də Xorvatiyanın əsas milli komandasının üzvüdür.


