Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Danimarka və Ukrayna yığmaları arasında keçirilib. Üç qolluq görüş danimarkalıların qələbəsi ilə yekunlaşıb.
Mərakeş – Norveç matçında qalib müəyyənləşməyib. Xorvatiya yığması Sloveniyaya, İtaliya millisi Yunanıstana çətinliklə qalib gəlib.
Kosovo Andorranı, Ekvador isə Qvatemalanı 3 cavabsız qolla üstələyib. Kolumbiya İordaniyanı, Kipr Lixtenşteyni 2 cavabsız qolla məğlub edib.
Yoxlama oyunu
7 iyun
Əfqanıstan – Pakistan 0:2
Keniya – Lesoto 4:0
Lixtenşteyn – Kipr 0:2
Oman – Mozambik 4:1
Danimarka – Ukrayna 2:1
Kosovo – Andorra 3:0
Xorvatiya – Sloveniya 2:1
Yunanıstan – İtaliya 0:1
Mərakeş – Norveç 1:1
Ekvador – Qvatemala 3:0
Kolumbiya – İordaniya 2:0


