Yozua Kimmix daha 4 il “Bayern”də

Almaniyanın “Bayern” klubu yarımmüdafiəçisi Yozua Kimmix ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Yozua Kimmix 2015-ci ildən “Bayern”də çıxış edir. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 262 matçda 30 qola imza atıb. Almaniya milli komandasının da üzvü olan futbolçu, bu komandada 59 matç keçirib, 3 qol vurub.

Kimmix daha öncə “Leypsiq”in də formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: