Yüksək Qızlar Liqasında 2025/26 mövsümünün püşkü atıldı

Bu gün AFFA-nın bayrağı altında təşkil edilmiş futbol üzrə Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

Arena.az bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

Qurumun inzibati binasında keçirilmiş püşkatma mərasimində ilk olaraq, AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.

Daha sonra AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib.

AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb. 12 klubun iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək.

Yeni mövsümdə ilk turun oyunları oktyabrın 9-12-si aralığında keçiriləcək.

Yüksək Liqa
1-ci tur

Qəbələ – Araz-Naxçıvan
Sabah – Şəfa
Baku Juniors – Zaqatala
Sumqayıt – Təhsil
Dirçəliş – Liman
Neftçi – Ümid (Gəncə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: