Yulian Nagelsman milli ilə ilk toplanışa 26 futbolçu çağırdı

Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman “bundestim”in sükanı arxasında ilk toplanışını çağırıb.

Arena.az bu barədə Almaniya yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

Nagelsmanın açıqladığı ilk siyahının uzun olması diqqət çəkir. Belə ki, 36 yaşlı mütəxəssisin “səfərbərlik siyahısı”nda 26 futbolçunun adı var.

Qapıçılar: 26. Oliver Baumann (Hoffenhaym), 22. Bern Leno (Fulhem), 1. Mark-Andre Ter Ştegen (Barselona), 12. Kevin Trapp (Ayntraxt);

Müdafiəçilər: 20. Robin Qosens (Union Berlin), 5. Mats Hummels (Borussiya D), 17. David Raum (Leypsiq), 2. Antonio Rüdiger (Real), 15. Niklas Zyule (Borussiya D), 4. Conatan Ta (Bayer), 3. Malik Tiav (Mailand);

Yarımmüdafiəçilər: 23. Robert Andrix (Bayer), 11. Yulian Brandt (Borussiya D), 25. Kris Führix (Ştutqart), 8. Leon Qoretska (Bayern), 16. Paskal Qross (Brayton), 21. İlkay Gündoğan (Barselona), 18. Yonas Hofman (Bayer), 6. Yozua Kimmix (Baern), 14. Camal Musiala (Bayern), 19. Leroy Sane (Bayern), 10. Florian Virts (Bayer);

Hücumçular: 24. Kevin Behrens (Union Berlin), 9. Niklas Füllkruq (Borussiya D), 7. Kay Haverts (Arsenal), 13. Tomas Müller (Bayern).

Bu ay Almaniya yığması iki yoldaşlıq oyunu keçirəcək. “Bundestim” ABŞ və Meksika yığmaları ilə gücünü sınayacaq. Yulian Nagelsmanın komandası bununla da Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatına hazırlığını davam etdirəcək.

Xatırladaq ki, Yulian Nagelsman sentyabrın 22-də Almaniya yığmasının baş məşqçisi təyin olunub. O, bu postda uğursuz nəticələr səbəbindən istefaya göndərilmiş Hansi Fliki əvəz edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: