Yulian Nagelsman: “Qrupumuz “ölüm qrupu” deyil”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman AÇ-2024-də Macarıstan, İsveçrə, Şotlandiya yığmaları ilə qrupda mübarizə haqda danışıb.

Arena.az “Kicker” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hər kəsi üstələmək niyyətində olduğumuz çox maraqlı qrupdur. Azarkeşlər üçün Münhendə Şotlandiya ilə qarşılaşma yarışa əla başlanğıc olacaq. Qalan oyunlar da az maraqlı olmayacaq. Biz “ölüm qrupu”na yox, çox yaxşı qrupa düşmüşük. İlk oyun dərhal həlledici olacaq.

Macarıstan yığmasının bir neçə futbolçusu ilə işləmişəm və onların nəyə qadir olduğunu bilirəm. Macarlar çox maraqlı futbol oynayırlar. İsveçrə ilə oyunu coğrafi qonşularla kiçik derbi hesab etmək olar”, deyə Yulian Nagelsman bildirib.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İtaliya yarışın cari çempionudur.