Yuri Matias: “Neftçi”nin çempion olması çətin görünür”

“Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias paytaxt təmsilçisinin 2023/2024 mövsümündəki çıxışını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında bunları söyləyib:

“İşlərimiz heç də yaxşı getmir. Hazırda istədiyimiz mövqedə deyilik. Amma turnir cədvəlində mütləq irəliləyəcəyik”.

Təcrübəli oyunçu nə qədər inamlı danışsa da, bu mövsüm çempionluğu qazanmalarının real olmadığını da etiraf edib: “Neftçi”nin hədəfi həmişə çempionluq olmalıdır. Təəssüf ki, bu, cari mövsüm çətin görünür. Birinci pillədə qərarlaşan “Qarabağ” çox yaxşı komandadır. Onları Avropada uğurlu bir il gözləyir. Biz isə daha çox qələbə qazanmaq üçün hazırlaşacağıq”.

Mövsümün əvvəlində Rumıniyanın ÇFR klubundan “Neftçi”yə transfer edilmiş 28 yaşlı futbolçu qış fasiləsində istefaya göndərilmiş Adrian Mutunun gedişinə üzüldüyünü bildirib:

“Adrian Mutudan ayrılmaq çox çətin idi. Ailəsində problem olduğu üçün onunla şəxsən danışa bilmədim və getdi. Amma buna öyrəşmişik, komandada işlər yolunda getməyəndə baş məşqçi istefaya göndərilir”.

Xatırladaq ki, Yuri Matias “Neftçi”nin heyətində keçirdiyi 20 oyunda 4 qol vurub. O, daha öncə ÇFR (Kluj), “Koimbra”, “Qaz Metan”, “Traktor” kimi klublarda da forma geyinib.

“Neftçi”yə gəlincə, paytaxt təmsilçisi bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 18 oyunda 28 xal toplayıb və hazırda 3-cü pillədə qərarlaşıb. Ötən ilin sonunda Adrian Mutunu istefaya göndərmiş Azərbaycan klubu rumın mütəxəssisi Monteneqrodan olan Miodraq Bojoviçlə əvəzləyib. “Ağ-qaralar” mövsümün qalan hisəsinə Türkiyənin də hazırlaşırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: