“Yuventus” Malkomun transferi bağlı xəbəri şərh etmədi

“Yuventus” “Zenit”in və Braziliya millisinin hücumçusu Malkomun mümkün transferi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

Arena.az bu haqda “Çempionat”a istinadən xəbər verir.

“Yuventus” Malkomu transfer etməkdə maraqlıdır? Bu məlumatı şərh etmirik”, deyə Turin klubundan bildirilib.

Xarıldaq ki, daha əvvəl “Yuventus”un Malkoma dair təkliflə “Zenit”ə müraciət edəcəyi haqda məlumat yayılmışdı.

2022/2023 mövsümündə Malkom “Zenit”in heyətində 33 oyun keçirib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib. O, komandası ilə Rusiya çempionluğunu qazanıb və 23 qolla milli birinciliyin ən sərrast futbolçusu olub. Braziliyalı hücumçu Rusiya Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Malkom bu yaxınlarda Braziliya milli futbol komandasında debüt edib. O, Qvineya ilə yoldaşlıq görüşündə oyuna əvəzedici kimi daxil olub. “Selesao” bu oyunda 4:1 hesablı qələbə qazanıb.

“Transfermarkt” internet-portalı Malkomu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: