“Yuventus” Pol Poqbanı hər vəchlə satmağa çalışır

“Yuventus” zədə səbəbindən ötən mövsümü boşa verən Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqbanı hər vəchlə satmağı düşünür.

Arena.az bu barədə “La Gazetta dello Sport”a istinadən xəbər verir.

“Qoca sinyora”nın Pol Poqbanın zədə nisbətinin yüksək olmasından narahat olduğu xüsusilə vurğulanır.

Xatırladaq ki, Poqba geridə qalmış mövsümdə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib.

Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Pol Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: