“Yuventus” və “Latsio” da İtaliya kubokunda 1/4 finala vəsiqə qazandı

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Latsio” və “Udineze” komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Paytaxt təmsilçisi əlavə vaxtda vurduğu yeganə qol sayəsində qələbəyə sevinən tərəf olub.

“Yuventus” isə “Sampdoriya” ilə münasibətlərinə aydınlıq gətirib. Turinlilər doğma meydanda darmadağına seviniblər.

Daha öncə “Atalanta”, “Fiorentina” və “Milan” 1/4 finala vəsiqəni təmin etmişdi. İtaliya kubokunda 1/8 final mərhələsinin qalan oyunları yanvarın 19 və 20-də keçiriləcək.

İtaliya kuboku
1/8 final
12 yanvar

Atalanta – Venetsiya 2:0
Qol: Muriel, 12. Mehle, 88.

13 yanvar

Napoli – Fiorentina 2:5
Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.

Milan – Cenoa 3:1
Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.

18 yanvar

Latsio – Udineze 1:0
Qol: İmmobile, 106.

Yuventus – Sampdoriya 4:1
Qol: Kuadrado, 25. Ruqani, 52. Dibala, 67. Morata, 77 – Konti, 63.

19 yanvar

20:30. Sassuolo – Kalyari
00:00. İnter – Empoli

20 yanvar

00:00. Roma – Leççe

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: