“Yuventus”: “Vlahoviç planlarımıza daxil deyil”

“Yuventus”un baş direktoru Covanni Karnevali serbiyalı hücumçu Duşan Vlahoviçin komandanın gələcək planlarında yer almadığını açıqlayıb.

Arena.az xəbər verir ki, klub rəsmisi futbolçunun gələcəyi ilə bağlı qısa, lakin diqqətçəkən açıqlama verib:

“Duşan Vlahoviç planlarımıza daxil deyil”.

26 yaşlı forvardın Turin təmsilçisi ilə müqaviləsinin müddəti 30 iyun tarixində başa çatır və tərəflər arasında yeni sözləşmənin imzalanması gözlənilmir. Beləliklə, Vlahoviç klubdan ayrılmağa yaxındır.

Serbiyalı hücumçu 2025/2026-cı illər mövsümündə “Yuventus”un heyətində bütün turnirlərdə 23 oyuna çıxaraq 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, Vlahoviçin hazırkı bazar dəyəri 35 milyon avro təşkil edir.

Qeyd edək ki, son aylarda serbiyalı futbolçunun “Barselona”, “Çelsi”, “Mançester Yunayted” və bir sıra digər Avropa klublarının maraq dairəsində olduğu barədə xəbərlər yayılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: