Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında təşkil olunmuş güləş üzrə “Zəfər kuboku” turnirinə yekun vurulub.
Arena.az xəbər verir ki, yarışda ölkəmizi hər 3 güləş növü üzrə millimiz təmsil edib.
Güləşçilərimiz ümumilikdə 22 (6 qızıl, 7 gümüş, 9 bürünc) medal əldə edib.
Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzovla Vahid Məmmədovun rəhbərliyi altında 8 medal qazanıb. Ruslan Əlizadə (48 kq), Hüseyn Hüseynov (55 kq) və İsa Yusibov (65 kq) qızıl medal qazanıblar. Məhəmmədəli Əlizadə (51 kq), Məhəmməd Abbaszadə (80 kq), Səid Paşayev (92 kq) və İsmayıl Kərimov (110 kq) gümüş medalla kifayətlənib. Hüseyn Məmmədtağızadə (110 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimiz böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında 10 medal qazanıblar. Turan Daşdəmirov (51 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq) birinci olublar. Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Emil Abdullayev (65 kq) ikinci yerlə kifayətləniblər. Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Səyyad Nağızadə (60 kq) və İsbəndiyar İmanov (65 kq) isə üçüncü yeri tutub.
Qadın güləşçilərimiz böyük məşqçi Rövşən Umudovla məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 4 medal qazanıb. Nəzrin Əhmədli (43 kq), Esra Məmmədli (49 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (73 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmamız “Zəfər kuboku”nda komanda hesabında ikinci olub.
Ənənəvi turnirdə beynəlxalq dərəcəli hakim Kamran Baxışov ədaləti qoruyub.


