Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində Avropa Liqasının oyununda iştirak edib.
Arena.az xəbər verir ki, “Eqnatiya” Avropa Liqasının 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Şemrok Rovers”i (İrlandiya) qəbul edib.
İrlandiyadakı ilk oyunda 1:3 hesabıyla uduzmuş Albaniya çempionu doğma meydanda 5:1 hesablı qələbəyə sevinib və pley-offa yüksəlib. Zamiq bu matçda fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. O, 71-ci dəqiqədə sarı vərəqə də alıb.
Xatırladaq ki, Əliyev hərbi xidmət məsələsi ilə əlaqədar bir müddət idi Azərbaycanı tərk edə bilmirdi. 25 yaşlı müdafiəçi daha sonra bu problemi həll edərək gec də olsa, komandasına qoşula bilmişdi. Amma o, Albaniya çempionunun UEFA Çempionlar Liqasındakı oyunlarında iştirak şansını qaçırmışdı. Hazırda isə “Eqnatiya” mübarizəni Avroliqada davam etdirir.
Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 78 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə 2 dəfə Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.


