Zaur Hacı-Məhərrəmov “Başakşəhər” – “İberiya” matçında

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan Avropa Konfrans Liqasına yeni təyinat alıb.

Arena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, “Başakşəhər” (Türkiyə) və “İberiya” (Gürcüstan) komandaları arasında keçiriləcək oyunda iş başında olacaq.

Belə ki, Zaur Hacı-Məhərrəmov Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq bu oyunda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qarşılaşma avqustun 15-də Türkiyədə keçiriləcək. İstanbuldakı “Başakşəhər” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Bu komandalar arasındakı ilk oyun isə avqustun 8-də Gürcüstanda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: