Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Millətlər Liqasının oyununa təyinat alıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, Zaur Hacı-Məhərrəmov Millətlər Liqasının C Liqası çərçivəsində keçiriləcək Latviya – Farer adaları oyununda UEFA nümayəndəsi olacaq.
4-cü qrupun 2-ci turunun oyunu sentyabrın 10-da Riqadakı “Skonto” stadionunda təşkil olunacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


