Zidan “Real”da niyə 5 nömrə altında çıxış etdiyinin sirrini açdı

“Real”ın fransalı sabiq yarımmüdafiəçisi Zinədin Zidan madridlilərin heyətində niyə 5 nömrə altında çıxış etdiyini illər sonra açıblayıb:

Arena.az “Football Espana” dərgisinə istinadən Zidanın bu barədə fikirlərini təqdim edir:

“5 nömrə” kimi oynayan mərkəz yarımmüdafiəçisi bir az qəribə görünür, elə deyilmi? Florentino Peres köhnə məktəbin adamıdır. Oyunçuların 25 və ya 30 kimi rəqəmləri götürməsi onun heç xoşuna gəlmirdi. Bunların amerikan futbolu üçün daha uyğun olduğunu deyirdi. O, 1-dən 11-ə qədər klassik nömrələrə üstünlük verirdi.

Müdafiəçi Sançes gedərək, öz nömrəsini azad etdi. Onda prezident məhz bunu götürməyimi istədi. Ona cavab verdim: “Bəli, bəli, bu nömrəni götürəcəyəm”. Bu nömrəni bəyənirəm, çünki bu, mənim tariximin bir hissəsidir”, deyə Zidan fərəhlə bildirib.

Xatırladaq ki, futbolçu karyerasını başa vurmuş Zidan daha sonra məşqçiliyə başlayıb və “Real”la tarixi uğurlara imza atıb. O, 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.

Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləcə o, Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: