Zinədin Zidan ABŞ Kubokunun final oyununu ziyarət edib

Məşhur futbol mütəxəssisi Zinədin Zidan ABŞ Kubokunun final oyununu ziyarət edib, qarşılaşmanı izləyib və görüşlər keçirib.

Arena.az məlumat verir ki, Zidan İngiltərə yığmasının sabiq ulduz futbolçusu, “İnter Mayami”nin sahibi Devid Bekhemlə və argentinalı superulduz Lionel Messi ilə görüşüb.

“İnter Mayami” ilə “Hyuston Dinamo”nun qarşılaşdığı oyunda Lionel Messi zədə səbəbindən iştirak etməyib. Oyun Hyuston komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zidan hər iki ulduzla xatirə şəkli şəkdirib.

Xatırladaq ki, qısa müddət əvvəl, Zidanın 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatından sonra Fransa yığmasını çalışdıracağı haqda məlumat yayılmışdı.

Xatırladaq ki, Zinədin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb, Zidan yalnız “Real”ın alt komandaları sistemində qısa müddət çalışıb.

Zidanın məşqçilik debütü çox uğurlu olub. Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018) və beləliklə Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb.

Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu ( 2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: