“Zirə” “Fatih Karagümrük”lə “sülh bağladı”

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün qardaş ölkədəki hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov komandasını Super Liqa təmsilçiləri “Fatih Karagümrük”lə oyunda sınaqdan keçirib.

Sadıqov bu oyunda aşağıdakı heyətə şans verib:

Əsas heyət: Tiaqo Silva, Ruan Renato, Dimitrios Çantakias, Fuad Bayramov, Qismət Alıyev (k), Eldar Quliyev, İsmayıl İbrahimli, Abbas İbrahim, Andriya Lukoviç, Toni Qomes, Vladislav Kulaç.
Ehtiyat oyunçular: Səlim Həşimov, Məmməd Hüseynov, Cavad Qurbanlı, İlqar Əhmədov, Slavik Alxasov, Pərviz Azadov, Mahmud Ağayev, İlkin Muradov, Filip Pahtmann, Vüsal Əliyev.

“Fenerbahçe Topuk Yaylası”nın meydançasında baş tutan oyunda qalib müəyyənləşməyib. Matç qolsuz başa çatıb.

Qeyd edək ki, zirəlilər Türkiyədə Super Liqanın digər təmsilçisi “Qaziantep”lə də üz-üzə gələcəklər. Üç yoxlama oyunu keçirməyi planlaşdırmış komandanın sonuncu rəqibi isə hələ müəyyənləşməyib.

Xatırladaq ki, “Zirə” Bakıdakı toplanış çərçivəsində də bir yoxlama oyunu keçirmiş və “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: