Milli komandaların oyunlarına görə çempionatda yaranmış fasilədən istifadə edən “Zirə” və “Şamaxı” komandaları yoxlama oyunu keçiriblər. Arena.az xəbər verir ki, sözügedən kollektivlər Zirə İdman Kompleksində üz-üzə gəliblər.
Premyer Liqa təmsilçilərinin görüşündən qol səsi çıxmayıb. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər – 0:0.
Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada keçirdiyi 27 oyuna 37 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. Sözügedən kollektiv fasilədən sonrakı ilk matçını aprelin 1-də doğma meydanda “Neftçi”yə qarşı keçirəcək. Bu matç saat 19:30-da başlayacaq. “Şamaxı” isə 20 xalla 9-cudur. Əyalət təmsilçisi də Premyer Liqanın 28-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək. Bu oyun aprelin 2-də baş tutacaq və 15:30-da start götürəcək.
Səbail: 1. Mehdi Cənnətov (22. Nail Alışov), 2. Sertan Taşkın (20. Cavad Qurbanlı), 5. Mois Adileu (44. Dimitrios Çantakias), 6. Eldar Quliyev, (47. Məhəmməd Hamdaui), 7. Filip Pahtmann (25. Vüsal Əliyev), 9. Loris Broqno (88. Elmar Rəhimov), 10. Rəhim Sadıxov (23. Andriya Lukoviç), 18. Slavik Alxasov (32. Qismət Alıyev), 19. Vladislav Kulaç (14. Hamidu Keyta), 21. Hacıağa Hacılı (38. Ramiz Muradov), 28. Abbas İbrahim (26. Nemanya Andelkoviç).
Şamaxı: 12. Əkbər Vəliyev, 2. Rauf Hüseynli, 4. Arsen Ağcabəyov, 5. Rəhman Daşdəmirov, 9. Amil Yunanov, 15. Emin Zamanov, 17. Elçin Rəhimli, 22. Elçin Mustafayev, 27. İbrahim Aslanlı, 29. Ramin Əhmədov, 70. Bahadur Həziyev.


