Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” Boludakı hazırlıq çərçivəsində sabah ilk yoxlama oyununa çıxacaq.
Arena.az xəbər verir ki, bu barədə qəsəbə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi Rəşad Sadıqov komandasını Super Liqa təmsilçiləri “Fatih Karagümrük”lə oyunda sınaqdan keçirəcək.
“Fenerbahçe Topuk Yaylası”nın meydançasında baş tutacaq oyuna Türkiyə vaxtı ilə saat 17:00-da start veriləcək.
Qeyd edək ki, zirəlilər Türkiyədə Super Liqanın digər təmsilçisi “Qaziantep”lə də üz-üzə gələcəklər. Üç yoxlama oyunu keçirməyi planlaşdırmış komandanın sonuncu rəqibi isə hələ müəyyənləşməyib.
Xatırladaq ki, “Zirə” Bakıdakı toplanış çərçivəsində də bir yoxlama oyunu keçirmiş və “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlmişdi.


