Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün qardaş ölkədəki hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov komandasını Tanzaniyanın “Simba” klubu ilə oyunda sınaqdan keçirib.
Sadıqov bu oyunda aşağıdakı heyətə şans verib:
Əsas heyət: Tiaqo Silva, İlqar Əhmədov, Dimitrios Çantakias, Slavik Alxasov, Pərviz Azadov, Abbas İbrahim, Toni Qomes, Filip Pahtmann, Mahmud Ağayev, İlkin Muradov, Vüsal Əliyev.
Ehtiyat oyunçular: Səlim Həşimov, Fuad Bayramov, Eldar Quliyev, Ruan Renato, Qismət Alıyev, Vladislav Kulaç, İsmayıl İbrahimli, Hacıağa Hacılı, Rüstəm Əhmədzadə.
“Vonresort” otelin meydançasında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Zirəlilərin yeganə qolunu Rüstəm Əhmədzadə vurub.
Xatırladaq ki, zirəlilər Türkiyədəki ilk sınaq matçında Super Liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşmışdılar. Həmin oyunda da heç-heçə qeydə alınmışdı – 0:0.
“Zirə” Boluda Super Liqanın digər təmsilçisi “Qaziantep”lə də üz-üzə gələcək.
Rəşad Sadıqovun komandası Bakıdakı toplanış çərçivəsində də bir yoxlama oyunu keçirmiş və “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlmişdi.


