“Zirə” və “Şamaxı” gələn həftə yoxlama oyununda qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı “Zirə” və “Şamaxı” komandaları yoxlama oyununda üz-üzə gələcəklər. Arena.az xəbər verir ki, bu barədə zirəlilərin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, matç martın 25-də Zirə İdman Kompleksində baş tutacaq. Oyuna saat 16:00-da start veriləcək.

Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada keçirdiyi 27 oyuna 37 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 20 xalla 9-cudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: