Zlatan İbrahimoviç “Milan”a qayıdışına münasibətini açıqladı

“Milan”ın isveçli sabiq hücumçusu Zlatan İbrahimoviç “Milan” vəzifə alararaq İtaliya klubuna qayıtmasına münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, İbrahimoviç “rossoneri”nin əməliyyat tərəfdaşı və komanda sahiblərinin baş məsləhətçisi kimi klubda vəzifə allıb.

“Mən onların idman, mətbuat və əyləncə sahələrində investisiya fəaliyyətlərinə töhfə verməyi səbirsizliklə gözləyirəm… “Rossoneri”yə olan sevgim heç vaxt ölməyəcək və onların gələcəyinin mühüm hissəsi olmaq fürsəti yalnız xəyal edə biləcəyim bir şeydir… Mən bu qərarı yüngül qəbul etməyin – bu mənim və ailəm üçün çox vacib və şəxsidir. Mən post-oyunçuluq karyeramın ilk addımları haqqında çox düşündüm və bu səyahətə “RedBird” və “Milan” ilə başladığım üçün çox şadam”, – “Tuttomercatoweb” “İbra”dan sitat gətirir.

İbrahimoviç futbolçu karyerasında sonuncu klubu olan “Milan”ın uğurları üçün 2020-ci ilin yanvar ayından çalışırdı. Zlatan 2010-2012-ci illər aralığında da “Milan”da çıxış edib. Ümumilikdə İbrahimoviç “Milan”ın heyətində 163 oyuna çıxıb, 93 qol vurub, 35 məhsuldar ötürmə verib.

İsveçli futbolçu PSJ (180 oyun, 156 qol, 61 məhsuldar ötürmə), “İnter” (117 oyun, 66 qol, 30 məhsuldar ötürmə), “Ayaks” (110 oyun, 48 qol, 17 məhsuldar ötürmə), “Yuventus” (92 oyun, 26 qol, 20 məhsuldar ötürmə), “Los-Anceles Qelaksi” (58 oyun, 53 qol, 15 məhsuldar ötürmə), “Mançester Yunayted” (53 oyun, 29 qol, 10 məhsuldar ötürmə), “Barselona” (46 oyun, 22 qol, 13 məhsuldar ötürmə) və “Malmö” (3 oyun, 3 qol, 1 məhsuldar ötürmə) kimi klublarda forma geyinib. İbrahimoviç formasını geyindiyi komandaların əksəri ilə çoxsaylı titullar qazanıb, hər mövsümdə müxtəlif fərdi uğurlara imza atıb.

Zlatan İbrahimoviç 2001-ci ilin yanvarında debüt etdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 122 oyun, 62 qol, 25 məhsuldar ötürmə.

Özünməxsus əcaibliyi ilə diqqət çəkən “İbra”nın gerçək siması ilə ictimai siması arasında təzad var. Arada Zlatan özünün tanrı olduğunu car çəkir, arada isə ziyadə kobudluğu ilə fərqlənir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: