Əfqanıstan yığması baş məşqçisiz mərhələ adladı

Əfqanıstan yığması özünün baş məşqçisinin iştirakı olmadan Monqolustan kollektivinə qalib gələrək (1:0) DÇ-nin təsnifat qrupuna çıxıb.

Arena.az məlumat verir ki, Əfqanıstan yığması baş məşqçisi Anuş Dəstgirin xidməti olmadan bu uğura mütəşəkkil səyi ilə nail olub.

Qarşılaşma ərəfəsində əfqan futbolçular komandanın baş məşqçisi Anuş Dəstgir ilə dalaşıblar. Nəticədə Dəstgir oyun üçün ərizəni doldurmaqdan imtina edib. O, hətta komandasına texniki məğlubiyyət verilməsini təklif edib. Amma Əfqanıstan yığmasının futbolçuları ərizəni özləri doldurmağı bacarıblar və meydana baş məşqçisiz çıxmağa qərar veriblər. Əfqanlar minimal hesabla qalib gəliblər – 1:0. Yeganə qolu Fərşad Nor vurub.

Beləliklə, birinci təsnifat mərhələsində hər iki oyunda Monqolustan yığmasını 1:0 hesabı ilə məğlub etmiş Əfqanıstan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələ qrupuna vəsiqə qazanıb. Təsnifat qrupunda əfqanların rəqibi Qətər, Hindistan və Küveyt yığmaları olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: