Əfran İsmayılov “Səbail”dən getdi

Səbail” yarımmüdafiəçisi Əfran İsmayılov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçuya xidmətlərinə görə təşəkkür edilib: “Həm meydançada, həm də meydançadan kənarda əsl peşəkar! Səninlə işləməkdən qürur duyduq! Hər şey üçün təşəkkür edirik!”

Əfran İsmayılov 2020-ci ilin sentyabr ayından “Səbail”də çıxış edirdi. O, bu komandada keçirdiyi iki mövsüm ərzində 38 oyuna çıxıb. 33 yaşlı futbolçu bu matçlarda 6 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. Azərbaycan yığmasının sabiq üzvü daha öncə “Keşlə”, “Qarabağ”, “Bakı” və “Turan Tovuz”da da çıxış edib.

“Səbail” daha öncə Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev və Camal Araqo ilə də yollarını ayırmışdı. Əvəzində “dənizçilər” Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı və Cabir Əmirli ilə yeni müqavilə bağlayıb. Həmçinin “Zirə”dən ayrılan Ağabala Ramazanov da bu kluba transfer olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: