“Əl-Əyn” Asiya Çempionlar Liqasının qalibi oldu

Asiya Futbol Konfederasiyası (AFC) bayrağı altında keçirilən Asiya Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Arena.az məlumat verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” komandası ilə Yaponiyanın “Yokohama F. Marinos” komandası arasında Əl-Əyn şəhərində baş tutmuş cavab oyunu BƏƏ təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Yokohamada keçirilmiş ilk oyunda Yaponiya təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Beləliklə, ümumi hesabda 6:3 hesablı üstünlük əldə etmiş “Əl-Əyn” AFC Çempionlar Liqasının qalibi adını qazanıb.

Bu “Əl-Əyn”in tarixində AFC Çempionlar Liqasında ikinci zəfəridir. BƏƏ təmsilçisi ilk dəfə 2002/2003-cü illər mövsümündə müvafiq yarışın qalibi olmuşdu.

Xatırladaq ki, AFC Çempionlar Liqasını ən çox qazanmış klub Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”dır – 4 dəfə. Həmçinin “Əl-Hilal” 5 dəfə yarışın finalında məğlub olaraq, gümüş medalla kifayətlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: