Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Real”ın fransız hücumçusu Kərim Benzemaya ünvanladığı təklif müqabilində müsbət cavab gözləyir.
Arena.az xəbər verir ki, bu barədə məşhur italyan insayder Fabrisio Romano özünün “Twitter” hesabında yazıb.
“Əl-İttihad” Benzemaya mövsümdə 100 milyon avro məbləğində müqavilə, üstəlik, əlavə bonusları olan sövdələşmə təklif edib.
Məlumatda “Kral klubu”nun da öz növbəsində hücumçusunun qeyri-müəyyənliyinə son verib qərarını açıqlamasını gözlədiyi deyilir.
Benzema “Real”da 2009-cu ildən çıxış edir. Cari mövsümdə 42 dəfə madridlilərin formasını geyinmiş hücumçu 30 qol vurub, 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı futbolçunu 35 milyon avro məbləğində qiymətləndirir.


