Əl-Xelaifi PSJ-nin yeni mövsümə hədəflərini açıqladı

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Paris klubunun məşq düəşrgəsinə baş çəkərək, komandanın məşqçini izləyib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Əl-Xelafi Fransa nəhənginin növbəti mövsüm üçün hədəflərini açıqlayıb:

“Bizi gözləyəcəklər. Bütün komandalar bizə qalib gəlmək istəyəcəklər, çünki biz Avropa çempionuyuq. Bizim məqsədimiz – hər şeyi qazanmaqdır”, deyə Paris klubunun prezidenti vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümündə PSJ Fransa daxilində bütün yarışları – ölkə çempionluğunu, ölkə kubokunu və ölkə superkubokunu qazanıb, həmçinin Avropanın ən nüfuzlu klub yarışı Çempionlar Liqasının qalibi olub. Fransa nəhəngi həlledici oyunda İtaliya nəhəngi “İnter”i 5:0 hesabı ilə məğlub edib. PSJ yalnız 2025-ci il FIFA Klub Dünya Kubokunun finalında büdrəyib, “Çelsi” parislilərə 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, avqustun 13-də PSJ UEFA Super Kuboku uğrunda “Tottenhem”lə həlledici oyuna çıxacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: