1/4 finalın püşkü atıldı – Almaniya kuboku

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, sözügedən mərhələ Bundesliqanın iki köklü klubu “Borussiya”ların dueli ilə əlamətdar olacaq.

Belə ki, Dortmund və Münhenqladbax “Borussiya”ları yarımfinala vəsiqə uğrunda bir-biri ilə mübarizə aparacaq.

Digər cütlər aşağıdakı kimidir.

Qeyd edək ki, Almaniya kubokunda 1/4 final görüşləri martın 2-3-də baş tutacaq.

Almaniya kuboku
1/4 final

Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund)

Rot-Vays Essen – Holştayn

Yan Regensburq – Verder

Leypsiq – Volfsburq