35 yaşlı Naço Monreal ilə müqavilə yenilədi – “Real Sosyedad”

İspaniyanın “Real Sosyedad” klubu müdafiəçisi Naço Monreal ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlummat yayıb.

İspan futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Əvvəlki müqavilənin müddəti bu yay bitəcəkdi.

Monreal 2019-cu ildən “Real Sosyedad”da çıxış edir. 35 yaşlı müdafiəçi bu mövsüm 25 oyunda meydana çıxıb, 2 qola imza atıb.

Peşəkar karyerasına “Osasuna”da başlayan, 2005-2011-ci illər aralığında məhz bu komandanın uğurları üçün çalışmış Naço Monreal, 2011-2013-cü illərdə də “Malaqa”da forma geyinib. 2013-2019-cu illər aralığında isə o, İngiltərənin “Arsenal” klubunda legioner həyatı keçirib.

Naço İspaniya yığmasında da forma geyinib. O, ölkəsinin əsas komandasında 22 oyuna çıxıb, 1 qola imza atıb.