Bu gün “Holiday INN” otelində futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi təşkil edilib.
Arena.az xəbər verir ki, ardıcıl üçüncü mövsüm 34 komandanın iştirak edəcəyi yarışın ilk təsnifat mərhələsində İkinci Liqa komandaları mübarizə aparacaqlar.
Qalib komandalar növbəti raundda Birinci Liqa və ötən mövsüm Azərbaycan Premyer Liqasının aşağı pillələrində qərarlaşmış kollektivlərlə üz-üzə gələcəklər. Növbəti – 1/8 final mərhələsində isə Premyer Liqanın digər komandaları mübarizəyə qoşulacaqlar.
1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. 1/4 final mərhələsindən sonra komandalar ev və səfər prinsipi əsasında mübarizə aparacaqlar.
Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün püşkünün nəticələri belə olub:
Birinci təsnifat mərhələsi (9-10 oktyabr)
- “Göygöl” – “Şəmkir”
- “Şəki” – “Araz Saatlı”
- “Qaradağ Lökbatan” – “Ağdaş”
- “Dinamo” – “Kür-Araz”
- “Ağstafa Gəncləri” – “Şirvan”
- “Quba” – “Xankəndi”
İkinci təsnifat mərhələsi (28-29 oktyabr)
- “Səbail” – “Şamaxı”
- 1-ci cütün qalibi – “Baku Sportinq”
- “Karvan” – 2-ci cütün qalibi
- 3-cü cütün qalibi – “İmişli”
- “Qəbələ” – “Mingəçevir”
- “Cəbrayıl” – “Şəfa”
- “Şimal” – “Şahdağ Qusar”
- 4-cü cütün qalibi – “Turan Tovuz”
- “Kəpəz” – 5-ci cütün qalibi
- 6-cı cütün qalibi – “Difai”
- “Zaqatala” – “Sumqayıt”
- “Neftçi” – MOİK
1/8 final mərhələsi (2-3 dekabr)
- 7-ci cütün qalibi – 8-ci cütün qalibi
- “Qarabağ” – 9-cu cütün qalibi
- 10-cu cütün qalibi – “Sabah”
- 11-ci cütün qalibi – 12-ci cütün qalibi
- 13-cü cütün qalibi – 14-cü cütün qalibi
- “Araz-Naxçıvan” – 15-ci cütün qalibi
- 16-cı cütün qalibi – 17-ci cütün qalibi
- “Zirə” – 18-ci cütün qalibi
1/4 final mərhələsi (3-4 fevral və 3-4 mart 2026-cı il)
- 19-cu cütün qalibi – 20-ci cütün qalibi
- 21-ci cütün qalibi – 22-ci cütün qalibi
- 23-cü cütün qalibi – 24-cü cütün qalibi
- 25-ci cütün qalibi – 26-cı cütün qalibi
Yarımfinal mərhələsi (2 və 22 aprel)
- 27-ci cütün qalibi – 28-ci cütün qalibi
- 29-cu cütün qalibi – 30-cu cütün qalibi
Final (13 may)
- 31-ci cütün qalibi – 32-ci cütün qalibi
Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün final matçı gələn il mayın 13-də “Neftçi Arena”da təşkil olunacaq.


