U-17 millimiz üçün Malta, Bolqarıstan və Lüksemburq

17 yaşadək qız futbolçulardan ibarət yığmalar (U-17) arasında Avropa çempionatında 2024/25 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində baş tutub.

Mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. B Liqasının 2-ci qrupunda yer alan U-17 millimiz Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunlarının 2025-ci ilin mart ayında keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: