Futzal: Millimizin İsveçlə oyun üçün heyəti açıqlandı

Futzal üzrə Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində İsveç yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Vitali Borisov İsveçlə matçda güvənəcəyi oyunçuları müəyyənləşdirib. Gənc mütəxəssis 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Zədə səbəbindən “Araz-Naxçıvan”ın və millimizin kapitanı Emin Kürdov bu toplanışda iştirak etməyəcək.

Qeyd edək ki, yığmamız bu gündən təlim-məşq toplanışına başlayacaq.

Azərbaycan millisinin İsveç yığması ilə qarşılaşması dekabrın 17-də Bakı İdman Sarayında baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Qapıçılar: Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Kamran Hacıyev (“Baku Fire”), Vladislav Reznov (“Neftçi” İK);

Oyunçular: Fərid Atakişiyev, Mirzə Əmirov, Seymur Məmmədov (hamısı “Neftçi” İK), Fərid Abbasov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov (hamısı “Baku Fire”), Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov (hamısı “Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: