Hakimlər üçün Antalyada təlim-məşq toplanışı olacaq

Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün Türkiyədə təlim-məşq toplanışı keçiriləcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hakimlərimiz yanvarın 6-dan 12-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcəklər. Toplanışa AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere rəhbərlik edəcək. Hazırlıq müddətində köməkçi hakimlər üzrə UEFA mütəxəssisi Leif Lindberq, VAR üzrə mütəxəssis Kristof Dyerik, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Prof.Dr. Verner Helsen və UEFA konvensiyasi koordinatoru Leonid Kaloşin hakimlərə nəzəri və praktiki seminarlar keçəcəklər.

Toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq:

Referilər

  1. Əliyar Ağayev
  2. Elçin Məsiyev
  3. Kamal Umudlu
  4. Rauf Cabarov
  5. İnqilab Məmmədov
  6. Rəvən Həmzəzadə
  7. Rəşad Əhmədov
  8. Fərid Hacıyev
  9. Tural Qurbanov
  10. Rauf Allahverdiyev
  11. Cavid Cəlilov
  12. Əli Əliyev
  13. Kamran Əliyev
  14. Nicat İsmayıllı
  15. Kamranbəy Rəhimov
  16. Elvin Bayramov
  17. Əkbər Əhmədov

Referi köməkçiləri

  1. Zeynal Zeynalov
  2. Akif Əmirəli
  3. Elşad Abdullayev
  4. Pərvin Talıbov
  5. Namik Hüseynov
  6. Vüsal Məmmədov
  7. Kamran Bayramov
  8. Müslüm Əliyev
  9. Rahil Ramazanov
  10. Rəhman İmami
  11. Cəmil Quliyev
  12. Eyyub İbrahimov
  13. Şirmamed Mamedov
  14. Zöhrab Abbasov
  15. Teymur Teymurov
  16. Asiman Əzizli
  17. Kərim Zeynalov
  18. Tərlən Talıbzadə
  19. Sevda Nuriyeva
  20. Gülnurə Əkbərzadə
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: