Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan kubokunun 2024/2025-ci illər mövsümünün püşkü atılıb.
Arena.az xəbər verir ki, 1/8 final mərhələsində Yüksək Liqanın 6, Birinci Liqanın 12 komandasının mübarizə aparacağı yarışda qalib komanda bir oyunda müəyyənləşəcək.
Əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə görüşü davam etdirəcəklər. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin oyunları yanvarın 11-də və 12-də keçiriləcək.
Futzal
Azərbaycan Kuboku
1/8 final
Yasamal Bakı – Baku Fire
PFL – Baku Fire-2
Metropoliten – U-19
Neftçi İK – Yeni Suraxanı
STAR kargo – Çarşı Bakı
Dəstə Ordubad – Şuşa
Timsport – Xan-Lənkəran
Araz-Naxçıvan – Djevo Dəyirman
1/4 final
- Yasamal Bakı/Baku Fire – Araz-Naxçıvan/Djevo Dəyirman
- PFL/Baku Fire-2 – Timsport/Xan-Lənkəran
- Metropoliten/U-19 – Dəstə Ordubad/Şuşa
- Neftçi İK/Yeni Suraxanı – STAR kargo/Çarşı Bakı
Yarımfinal
1-ci cütün qalibi – 4-cü cütün qalibi
2-ci cütün qalibi – 3-cü cütün qalibi


