Joan Laporta oturacağını satdı – Daniel Olmo böhranına görə

“Barselona” İspaniya La Liqasının ikinci hissəsi üçün yarımmüdafiəçisi Daniel Olmo və hücumçusu Pau Viktoru qeydiyyata sala biləcək.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, Kataloniya klubunun prezidenti Joan Laporta hazırda təmir işləri aparılan “Kamp Nou” stadionundakı VIP oturacağını 100 milyon avro məbləğ müqabilində satmağa nail olub.

Xatırladaq ki, daha əvvəl “Barselona”ya oyunçuları qeydiyyata almaq qadağan edilmişdi. Olmonun müqaviləsində Kataloniya klubu futbolçunu cari mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçirməsə, oyunçunun azad agent olacağı haqda müvafiq maddə var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: