A Seriyası: “Verona” və “Komo” 2024-cü ili qələbə ilə bitirdilər

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, 2024-cü ilə təsadüf edən sonuncu turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Komo” doğma meydanda “Leççe”yə 2 cavabsız qolla qalib gəlib. Beş qolun vurulduğu “Bolonya” – “Verona” matçında isə qonaqlar qalib gəliblər.

Beləliklə, 18 turdan sonra 41 xal toplamış “Atalanta” və “Napoli” 2024-cü ili şərikli lider kimi başa vurublar. 17 oyuna 40 xal toplamış “İnter” üçüncü pillədə qərarlaşıb. “Latsio” 35, “Fiorentina” və “Yuventus” 32, “Bolonya” 28, “Milan” 27, “Udineze” 24, “Roma” və “Torino” 20, “Empoli” və “Cenoa” 19 xal toplayıblar.

İtaliya, A Seriyası
18-ci tur
28 dekabr

Empoli – Cenoa 1:2
Qollar: Espozito, 74 – Badel, 46. Ekuban, 68.

Parma – Montsa 2:1
Qollar: Hernani, 56-pen. Valenti, 90+8 – P.Pereyra, 85.

Kalyari – İnter 0:3
Qollar: Bastoni, 53. L.Martines, 71. H.Çalhanoğlu, 78.

Latsio – Atalanta 1:1
Qollar: Dele-Başiru, 27 – Breşianini, 88.

29 dekabr

Udineze – Torino 2:2
Qollar: Ture, 41. Lukka, 49 – Adams, 53. Riççi, 64.

Napoli – Venesiya 1:0
Qol: Raspadori, 79.

Yuventus – Fiorentina 2:2
Qollar: Türam, 20; 48 – Kin, 38. Sottil, 87.

Milan – Roma 1:1
Qollar: Reynders, 16 – Dibala, 23.

30 dekabr

Komo – Leççe 2:0
Qollar: Pas, 49. Kutrone, 79.

Bolonya – Verona 2:3
Qollar: B.Dominqes, 20; 58 – A.Sarr, 38. Tengstedt, 45+2. S.Kastro, 88-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: