Ramin Rezaeyan azarkeş xanımla qucaqlaşdığı üçün cərimələndi

İranın “İstiqlal” klubunun iranlı müdafiəçisi Ramin Rezaeyan 12 min dollar məbləğində cərimə ödəməyə mükəlləf edilib.

Arena.az bu barədə “Tarafdari” dərgisinə istinadən məlumat verir.

Belə ki, Rezaeyan İran çempionatının 14-cü turunda “Çadormalu” ilə oyundan əvvəl xanım azarkeşi qucaqladığı üçün cərimələnib.

Oyundan əvvəl xanım azarkeşlərdən biri qonaq komandanın avtobusuna yaxınlaşaraq “İstiqalal”ın müdafiəçisini qucaqlayıb. Bundan sonra Ramin Rezaeyan çempionatın ədəb-ərkan məsələri üzrə əxlaq şurasına çağırılıb və duyğularına sahib ola bilməmiş futbolçunun 12 min dollar (510 milyon İran rialı) məbləğində cərimələnməsinə qərar verilib. Rezaeyanı durduğu yerdə “zibilə” salmış zərif cinsin nümayəndəsinin aqibəti haqda isə açıqlama verilmir.

Xatırladaq ki, İranda ictimai yerlərdə qadınla kişinin təması qadağandır. Müvafiq rəftar ancaq qadın və kişinin bir-biri ilə qohum olması halında yasaq deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: