Manuel Noyer “Bayern”dəki gələcəyi ilə bağlı sualı qəti cavabladı

“Bayern”in alman veteran qapıçısı və kapitanı Manuel Noyer Münhen Münhen klubunda oynamağa davam etmək niyyətində olduğunu açıqlayıb.

Arena.az “Sport1” dərgisinə istinadən, alman qapıçının bu barədə məlumatını təqdim edir:

“Mən tezliklə “Bayern”lə yeni müqavilə imzalayacağam”, deyə Noyer qətiyyətlə bildirib.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 20 oyuna çıxıb, 13 qol buraxıb, 13 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 541 oyun, 440 buraxılmış qol və 257 “quru” oyundan ibarətdir.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: