“Sabah” Finlandiyanın “İlves” klubundan icarəyə götürdüyü Tiemoko Fofananın transfer hüququna yiyələnib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə futbolçunun keçidi ilə bağlı “Sabah”la Finlandiyanın “İlves” klubu arasında razılıq əldə olunduğu diqqətə çatdırılıb. 21 yaşlı hücumçunun özü ilə isə yeni, 3 illik müqavilə imzalanıb.
Fil Dişi Sahilindən olan futbolçu bu ilin yanvar ayında “İlves”dən icarəyə götürülmüşdü.
Tiemoko Fofana cari mövsümdə Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.


