“Köln” baş məşqçisi ilə vidalaşdı

Almaniyanın “Köln” klubu baş məşqçisi Markus Gisdolu istefaya göndərib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Gisdolun istefaya göndərilməsinə komandanın uğursuz çıxışı səbəb olub. “Köln” Bundesliqada ardıcıl 8 oyundur ki, qələbə qazana bilmir.

Gisdol 2019-cu ilin noyabrından “Köln”ü çalışdırırdı. 51 yaşlı alman mütəxəssis daha öncə “Hamburq, “Hoffenhaym”, “Ştutqart” kimi klublara da rəhbərlik edib.

Qeyd edək ki, “Köln” bu mövsüm Bundesliqada keçirdiyi 28 oyunda 23 xal toplayıb və 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: