Almaniyanın “Köln” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Fridhelm Funkelə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Funkel mövsümün sonuna qədər “Köln”ü çalışdıracaq.
Funkel baş məşqçi postunda bu gün istefaya göndərilən Markus Gisdolu əvəzləyib. 67 yaşlı mütəxəssis daha əvvəl Almaniyada “Ayntraxt”da (Frankfurt) və “Herta”da baş məşqçilik edib.
Qeyd edək ki, “Köln” bu mövsüm Bundesliqada keçirdiyi 28 oyunda 23 xal toplayıb və 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.


