Joze Mourinyodan antirekord

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo karyerasının antirekorduna imza atıb.

Arena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bunu Premyer Liqanın 31-ci turunda “Mançester Yunayted”ə uduzmaqla (1:3) reallaşdırıb.

Çalışdırıcı 2020/21 mövsümündə 10-cu məğlubiyyətini alıb. Bu isə Mourinyonun karyerası ərzində ən pis göstəricidir. O, daha əvvəl baş məşqilik etdiyi komandalarla 1 mövsüm ərzində 10 dəfə uduzmamışdı.

Qeyd edək ki, “Tottenhem” bu mövsüm Premyer Liqada keçirdiyi 31 oyunda 14 qələbə qazandığı halda, 7 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 52 top keçirən Mourinyonun yetirmələri 35 qola üzülüblər. London təmsilçisi 49 xalla 7-ci pillədə qərarlaşıb.

Joze Mourinyolu “Tottenhem”in bu mövsüm Premyer Liqadakı bütün məğlubiyyətləri:

Tottenhem – Mançester Yunayted 1:3
Arsenal – Tottenhem 2:1
Vest Hem – Tottenhem 2:1
Mançester Siti – Tottenhem 3:0
Tottenhem – Çelsi 0:1
Brayton – Tottenhem 1:0
Tottenhem – Liverpuul 1:3
Tottenhem – Lester Siti 0:2
Liverpul – Tottenhem 2:1
Tottenhem – Everton 0:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: