Yüksək Liqa: Bu gün 9-cu turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə və “Olimpik Star”da keçiriləcək.

Turun açılış matçında iki iddialı komanda üz-üzə gələcək. “Araz-Naxçıvan” turnir cədvəlində özündən üst pillədə yer alan “Neftçi” İK ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar arasında birinci dövrədə keçirilmiş matçda “Neftçi” İK qələbə qazanıb.

Lider “Baku Fire” isə autsayder “Yasamal Bakı” ilə gücünü sınayacaq. Günün sonuncu oyununda U-19 Azərbaycan kubokunda mübarizədən kənarlaşdırdığı “Şuşa” ilə üz-üzə gələcək.

Yüksək Liqa
9-cu tur
11 fevral

Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Ramil Namazov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Yasamal Bakı – Baku Fire
Hakimlər: Hacıəli Ağayev, Hidayət Feyzullayev, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.

U-19 – Şuşa
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Rza Məmmədov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: