Xabi Alonso “Bayern”lə oyunlarda müstəsna nailiyyətə imza atdı

Almaniya Bundesliqasının “Bayern”lə 22-ci tur ev oyunu “Bayer”in ispan baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, 0:0 hesabı ilə başa çatmış bu oyunda 43 yaşlı mütəxəssis müstəsna nailiyyəti ilə müşayiət edilən silsiləsini davam etdirib.

Xabi Alonso Almaniya nəhəngi “Bayern”ə qarşı keçirdiyi oyunlarda məğlubiyyət tanımır və bu silsilə arıtq 6 oyuna çatıb. İspan mütəxəssisin hesabında “əczaçılar”ın sükanı arxasında Almaniya nəhəngi “Bayern” üzərində 3 qələbə və 3 heç-heçə var.

Vurğulayaq ki, Xabi Alonso müvafiq nəticə ilə Almaniya Bundesliqasının məşqçiləri arasında bir ilkə imza atmış yeganə mütəxəssisdir.

Cari mövsümdə keçirdiyi 22 oyunda 55 xal toplamış “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinə başçılıq edir. 47 xal toplamış “Bayer” isə 2-ci pillədən Münhen klubunun ən yaxın təqibçisidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: