Yüksək Liqa: 3-cü dövrəyə bu gün start verilir

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə və Bakı İdman Sarayında keçiriləcək.

3-cü dövrənin ilk matçında çempionluq uğrunda mübarizə aparan iki komanda – lider “Baku Fire” ilə ən yaxın izləyicisi olan “Araz-Naxçıvan” üz-üzə gələcək.

Yüksək Liqa
11-ci tur
20 fevral

Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 14:00.

Şuşa – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 16:00.

U-19 – Yasamal Bakı
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: